“Sauthempton”un baş məşqçisi rəqibləri izlədiyinə görə cəzalandırılıb
İngiltərə Futbol Assosiasiyası (FA) “Sauthempton”un baş məşqçisi Tonda Ekkeri rəqib komandaların məşqlərini izləməkdə iştirakına görə 6 həftə müddətinə şərti diskvalifikasiya edib.
Operativ Media xəbər verir ki, mütəxəssis 28 min funt sterlinq məbləğində cərimələnib. Şərti diskvalifikasiyanın müddəti 2027/28 mövsümünün sonunadək qüvvədə olacaq.
Tonda Ekker 2025-ci ilin dekabrından 2026-cı ilin mayınadək baş verdiyi bildirilən üç epizod üzrə ittihamları qəbul edib. FA-nın müstəqil tənzimləmə komissiyası onun futbol fəaliyyəti ilə bağlı 6 həftəlik uzaqlaşdırılması barədə qərar verib və mütəxəssisə töhmət də elan edib.
Araşdırma “Midlsbro” klubunun şikayətindən sonra başlayıb. Klub “Sauthempton”u məşqləri izləmək və lentə almaqda ittiham edib.
Bundan əvvəl “Sauthempton” Premyer Liqaya yüksəlmək üçün pley-off mərhələsindən kənarlaşdırılıb və 2026/27 mövsümündə Çempionşipdə 4 xalının silinməsinə qərar verilib. Klubun apellyasiya müraciəti də təmin olunmayıb.
Xallarının silinməsindən sonra “Sauthempton” 10 xalla Çempionşipdə 13-cü pillədə qərarlaşıb.
dəqiqələr içində saytın olsun.