Menyu

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulur

Operativ Media
Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulur
1 dəq oxu

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 8-də beşinci yarış gününün görüşləri keçiriləcək.

Operativ Media xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 cüdoçusu qadınların -70 kq və kişilərin -90 kq çəki dərəcələrində tatamiyə çıxacaq.

Qadınların -70 kq çəki dərəcəsində Südabə Ağayeva 1/32 final mərhələsində İspaniya təmsilçisi Ai Tsunoda Roustant ilə qarşılaşacaq.

Kişilərin -90 kq çəki dərəcəsində Elcan Hacıyev 1/32 finalda ABŞ təmsilçisi Aleksander Knaufla, Süleyman Şükürov isə Norveç idmançısı Kornelius Eylertsenlə üz-üzə gələcək.

Murad Fətiyev isə mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. O, Yahor Varapayev (Belarus) – Teodoros Tselidis (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Təsnifat mərhələsinin görüşləri saat 10:30-da, final bloku isə saat 18:00-da başlayacaq.

Yarışları CBC Sport və Judo TV-dən canlı izləmək mümkün olacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər