Menyu

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Operativ Media
Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub
1 dəq oxu

Azərbaycan və Litva Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Litva Respublikasının General Conas Zemaitis adına Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Bu barədə Operativ Media-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib.

Səfər çərçivəsində Milli Müdafiə Universitetində (MMU), onun tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə görüşlər keçirilib.

Qonaqlara hərbi təhsil sisteminin təşkili, hərbi kadrların hazırlanması, tədris prosesinin təşkili və təhsilalanların peşəkar hazırlığının təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Həmçinin hərbi təhsil sahəsində beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Keçirilən görüşlərin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.

Səfərin yekununda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin orkestrinin ifasında nümunəvi çıxış təqdim olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər