AFFA FİFA ilə bağlı UEFA-nın mövqeyini dəstəkləməyib
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası FİFA rəhbərliyində islahat aparılması ilə bağlı çağırışı dəstəkləməyən yeganə UEFA üzvü olub.
Operativ Media xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, UEFA və milli federasiyalar FİFA rəhbərliyində islahatların aparılması ilə bağlı ümumi mövqeyə gəliblər. AFFA isə bu təşəbbüsü dəstəkləməyən yeganə assosiasiya olub. Milli assosiasiyalar beynəlxalq qurumun hazırkı rəhbərliyinə etimadın itdiyini bir daha vurğulayıblar.
UEFA-nın açıqlamasında yalnız institusional islahatların kifayət etməyəcəyi qeyd olunub. Təşkilat FİFA-ya futbol dünyasında etimad qazanan, müxtəlif regionları birləşdirə bilən, strateji baxışa və idarəçilik təcrübəsinə malik yeni rəhbərliyin lazım olduğunu bildirib.
Qeyd edək ki, hazırda FİFA-ya Canni İnfantino rəhbərlik edir. O, 2016-cı ilin fevralında bu vəzifəyə seçilib və daha sonra iki dəfə alternativsiz şəkildə yenidən prezident seçilib. Növbəti seçkilərin 2027-ci ilin martında Mərakeşdə keçirilməsi planlaşdırılır. İnfantino seçkidə yenidən iştirak edəcəyini açıqlayıb.
Xatırladaq ki, iyul ayında İnfantino dünya çempionatının yayım və digər kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılmasını təklif edib. FİFA bu layihənin üzv assosiasiyaların gəlirlərini artıracağını və dünya futbolunun inkişafına töhfə verəcəyini açıqlasa da, təşəbbüs federasiyalar və futbol funksionerləri tərəfindən ciddi tənqidlə qarşılanıb.
dəqiqələr içində saytın olsun.