"Tərbiyəvi işin təşkili və psixoloq" ixtisasları üzrə zabitlərin hazırlığı yoxlanılıb
"Tərbiyəvi işin təşkili və psixoloq" ixtisasları üzrə zabitlərin hazırlığı yoxlanılıb
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən hərbi hissələrdə "Tərbiyəvi işin təşkili və psixoloq" ixtisasları üzrə zabilərin nəzəri bilikləri, praktiki fəaliyyətləri və fiziki hazırlıqları yoxlanılıb, məqbullar qəbul edilərək müvafiq tapşırıqlar verilib.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, həmçinin bu tədbirlər çərçivəsində idarənin zabitləri tərəfindən şəxsi heyətlə "Heydər Əliyev və ordu quruculuğu", "Dini tolerantlıq - dini radikalizmə qarşı mübarizə" və digər mövzular barədə söhbətlər aparılıb, komandir (rəis) heyətinə bu sahədə metodiki tövsiyələr çatdırılıb.
Yoxlama zamanı əsas diqqət şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi xidmətə yeni gəlmiş hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, hərbi xidmətə adaptasiyası, şəxsi heyətin xidməti təhlükəsizliyinin və sağlamlığının qorunması, eləcə də hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandir (rəis) heyətinə yaxından köməkliyin göstərilməsinə yönəldilib.
Son xəbərlər
"Neftçi" - "Qarabağ" matçına satılan bilet sayı açıqlandı
Moskvada yaşayan 50 miqrant zəhərlənib
MSK bələdiyyə seçkilərinin yekunlarına dair protokolu təsdiqləyib - YENİLƏNİB-2
Şahin Mustafayev və Mher Qriqoryan sərhəddə görüş keçirib
Muxtar Babayev Aİ nümayəndəsi ilə iqlim fəaliyyətlərinin aktivləşdirilməsini müzakirə edib
Kaya Kallas: Bizsiz istənilən sülh sazişi iflasa uğrayacaq
Xaçmazda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb
Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA