Menyu

Şarabutdin Maqomedov: Məqsədim Bakını qələbə ilə tərk etməkdir

Operativ Media
Şarabutdin Maqomedov: Məqsədim Bakını qələbə ilə tərk etməkdir

Mişel Pereyranın ən yaxşı döyüşünü nümayiş etdirməsini istəyirəm.

Operativ Media xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək Rusiya təmsilçisi Şarabutdin Maqomedov mətbuat konfransında deyib.

O, qarşıdakı görüşə tam kökləndiyini və Bakını qələbə ilə tərk etmək istədiyini bildirib: “Bütün diqqətimi bu döyüşə yönəltmişəm. Azarkeşlərə maraqlı qarşılaşma təqdim etmək istəyirəm. Məqsədim Bakını qələbə ilə tərk etməkdir. Mən döyüşçüyəm, rəqibim Mişel Pereyra isə daha çox şou göstərməyi sevən idmançıdır”.

Şarabutdin Maqomedov futbola olan marağından da danışıb: “Uşaqlıqda futbolçu olmaq arzum idi. Hücumçu mövqeyində oynamaq istəyirdim. Amma dostlarımla futbol oynayanda məni adətən qapıda dayanmağa məcbur edirdilər. Hazırda isə peşəkar fəaliyyətimlə əlaqədar futbola çox vaxt ayıra bilmirəm”.

Qeyd edək ki, UFC turniri iyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər