Menyu

AYNA: Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Operativ Media
AYNA: Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Gəncə - Goranboy, Goranboy - Gəncə şəhərlərarası, eləcə də Qarasuçu kəndi (Goranboy) - Gəncə (avtovağzal), Əhmədabad kəndi (Goranboy) - Gəncə (avtovağzal), Qarabağlar (Samux) - Gəncə (dəmiryol vağzalı) və Qurbanzadə kəndi (Goranboy) - Gəncə (avtovağzal) istiqamətində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Operativ Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Gəncə - Goranboy, Goranboy - Gəncə şəhərlərarası, eləcə də Qarasuçu kəndi (Goranboy) - Gəncə (avtovağzal), Əhmədabad kəndi (Goranboy) - Gəncə (avtovağzal) və Qurbanzadə kəndi (Goranboy) - Gəncə (avtovağzal) avtobus marşrutları üzrə hüquqi şəxs "Kamil Avtonəqliyyat" MMC;

Qarabağlar (Samux) - Gəncə (dəmiryol vağzalı) marşrutu üzrə fiziki şəxs Əsgərov Taleh Qafar oğlu qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər