Menyu

Nazim Sadıxov: Azərbaycan UFC turnirinə çox ciddi yanaşıb

Operativ Media
Nazim Sadıxov: Azərbaycan UFC turnirinə çox ciddi yanaşıb

Rəqibimin həm zəif, həm də üstün cəhətlərini təhlil etmişəm. Hətta bunun üçün xüsusi məşqçilərlə də çalışmışam.

Operativ Media xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək Azərbaycan döyüşçüsü Nazim Sadıxov mətbuat konfransında deyib.

O, hər zaman maksimum gücü ilə mübarizə apardığını vurğulayıb: “İndiyədək bütün döyüşlərimdə əlimdən gələni etmişəm. Bundan sonra da eyni əzmkarlıqla çıxış edəcəyəm. Bonus qazanmaq əsas məqsədim deyil. Mənim üçün ən vacib məsələ qələbə əldə etmək və yaxşı performans göstərməkdir”.

Nazim Sadıxov yarışın təşkilatçılığından da məmnun qaldığını bildirib: “Ötən illə müqayisədə bir sıra yeniliklərin şahidi oluruq. Azərbaycan bu turnirə çox ciddi yanaşıb. Təşkilati işlər yüksək səviyyədə qurulub və yarışa böyük hazırlıq görüldüyü hiss olunur”.

Qeyd edək ki, Nazim Sadıxov UFC turniri çərçivəsində braziliyalı Mateus Kamilo ilə qarşılaşacaq. Turnir iyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər