Menyu

Elm və təhsil naziri Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb

Şəfa Hüseynli
Elm və təhsil naziri Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Respublika Fənn Olimpiadalarında yüksək nəticə göstərərək “Birincilərin birincisi” adına layiq görülən şagirdlərlə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Görüş zamanı olimpiadaçılar beynəlxalq yarışlara hazırlıq prosesi, əldə etdikləri nailiyyətlər və gələcək hədəfləri barədə danışıblar.

Elm və təhsil naziri Emin Əmrullayev şagirdləri qazandıqları yüksək nailiyyət münasibətilə təbrik edərək onların uğurlarını ölkənin intellektual potensialının və təhsil sistemində həyata keçirilən məqsədyönlü fəaliyyətin mühüm göstəricilərindən biri kimi qiymətləndirib. Nazir qeyd edib ki, yerli və beynəlxalq olimpiadalarda əldə olunan nəticələr Azərbaycan gənclərinin elmə, tədqiqata və bilik yarışlarına marağının ildən-ilə artdığını nümayiş etdirir.

Görüşdə olimpiada hərəkatının inkişafı, istedadlı şagirdlərin dəstəklənməsi və onların gələcək akademik inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Sonda xatirə şəkli çəkdirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər