Azərbaycanda bir sıra bankların kart əməliyyatlarında texniki problem yaşanır - YENİLƏNİB
Azərbaycanın bəzi bankların kart əməliyyatlarında texniki problem yaranb.
Operativ Media xəbər verir ki, bununla bağlı banklar mobil tətbiqləri vasitəsilə müştərilərinə bildirişlər göndərib.
Azərbaycan Beynəlxalq Bankı (ABB) kartlardan vəsait silinməsi ilə bağlı açıqlama yayıb.
"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik", - açıqlamada qeyd olunub.
AccessBank da kart əməliyyatlarında yaranan problemlə bağlı müştərilərinə xəbərdarlıq mesajı göndərib.
Bundan başqa Bank Respublika, Xalq Bank da istifadəçilərə bildiriş mesajları göndərib.
Qeyd edək ki, bəzi kartlarda balans mənfi əks olunsa da, banklar problemin tezliklə aradan qaldırılacağını bildirirlər.
Xatırladaq ki, bir sıra kartlarda balansın mənfi göstərilməsi halları müşahidə olunub. Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.
