Menyu

ƏMDX Azərbaycan Uşaq Fondunun “Hökumət evi”ndən çıxarılması xəbərlərinə aydınlıq gətirib

Operativ Media
ƏMDX Azərbaycan Uşaq Fondunun “Hökumət evi”ndən çıxarılması xəbərlərinə aydınlıq gətirib
1 dəq oxu

Mediada Azərbaycan Uşaq Fondunun yerləşdiyi “Hökumət evi”ndən çıxarılması ilə bağlı yayılan məlumatlar reallığı təhrif olunmuş şəkildə təqdim edir.

Operativ Media xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

"Tarixi memarlıq abidəsi olan “Hökumət evi”ndə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı Fonda ayrılmış sahədən təyinatı üzrə səmərəli istifadə edilmədiyi, ona ayrılmış sahənin yalnız bir hissəsinin istifadə olunduğu müəyyən edilmişdir. Bununla yanaşı, Fond üç il ərzində kommunal-istismar xərcləri üzrə borcunu ödəməmiş, 2026-cı il üzrə kommunal-istismar müqaviləsinin rəsmiləşdirilməsindən isə imtina etmişdir.

Fondun nümayəndələrinə borcun ödənilməsi və sahədən səmərəli istifadə edilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir tədbir görülməmişdir.

Bununla əlaqədar, Fonda ayrılmış sahənin bir hissəsi boşaldılmış, Fonda aid əşyalar onun nümayəndələrinin iştirakı ilə, heç bir zərər yetirilmədən sahənin digər hissəsinə köçürülmüşdür", - məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər