Menyu

Əhməd Məmmədli turnirin yekunlarını dəyərləndirib

Operativ Media
Əhməd Məmmədli turnirin yekunlarını dəyərləndirib
1 dəq oxu

“Turniri qələbə ilə başa vurduğumuz üçün çox şadam. Bu münasibətlə bütün komanda yoldaşlarımı təbrik edirəm”.

Operativ Media xəbər verir ki, bunu 16 yaşadək oğlanlardan ibarət Azərbaycan millisinin kapitanı Əhməd Məmmədli yarışın yekunları ilə bağlı danışarkən bildirib.

Kapitan turnirdə ən çətin qarşılaşmanın ilk oyun olduğunu qeyd edib. Onun sözlərinə görə, həmin görüşdə komanda yoldaşlarından birinin zədələnməsi kollektivə psixoloji baxımdan mənfi təsir göstərib.

Buna baxmayaraq, Əhməd Məmmədli komandanın ruhdan düşmədiyini, toparlanaraq mübarizəni davam etdirdiyini vurğulayıb. O, qarşılaşdıqları rəqiblərin güclü olduğunu və hər oyunda sona qədər mübarizə aparmağa çalışdıqlarını bildirib.

Məmmədli daha yaxşı nəticə əldə etmək istədiklərini, lakin turnirin komanda üçün faydalı təcrübə qazandırdığını söyləyib. Sonda kapitan komanda yoldaşlarına gələcək oyunlarda uğurlar arzulayıb.

Əlaqəli Xəbərlər