Menyu

“Bavariya” Musialanın müqaviləsi ilə bağlı qərar verəcək

Operativ Media
“Bavariya” Musialanın müqaviləsi ilə bağlı qərar verəcək
1 dəq oxu

“Bavariya” yarımmüdafiəçi Camal Musialanın səhhəti və yüksək maaşı səbəbindən onun klubdakı gələcəyini müzakirəyə çıxarıb.

Operativ Media xəbər verir ki, bu barədə “Talksport” məlumat yayıb.

Məlumata görə, 23 yaşlı alman futbolçunun müqaviləsində 2027-ci ildə aktivləşəcək sərbəstqalma məbləği nəzərdə tutulub. Bu şərt İngiltərə Premyer Liqasının klublarının, o cümlədən “Liverpul” və “Arsenal”ın diqqətini cəlb edib.

Musialanın gələcəyi ilə bağlı müzakirələr “Köln”lə 1:1 hesablı heç-heçədən sonra daha da aktuallaşıb. “Bavariya”nın Müşahidə Şurasının üzvü Karl-Haynz Rummenigge futbolçunun sağlamlıq vəziyyətini və müqaviləsinin maliyyə şərtlərini nəzərə alaraq klubun qərar verməli olduğunu bildirib.

“Onun səhhətində problem var. Eyni zamanda, müqaviləsinin kifayət qədər ciddi maliyyə şərtləri ilə bağlandığı da məlumdur. Klub olaraq bu vəziyyətin öhdəsindən necə gələcəyimizi düşünməliyik”, – Rummenigge deyib.

O, həmçinin əldə olunan məlumatlara əsasən, Musialanın əvvəllər nümayiş etdirdiyi səviyyəyə qayıtmasının çətin olacağını qeyd edib.

Əlaqəli Xəbərlər