Menyu

K2 vitamini necə və nə vaxt istifadə edilməlidir?

Ayşən Sadıxzadə
K2 vitamini necə və nə vaxt istifadə edilməlidir?
1 dəq oxu

Son dövrlərdə K2 vitamininin istifadəsinə maraq artıb. Xüsusilə sümük və damar sağlamlığı ilə əlaqələndirilən bu vitaminin düzgün qəbul qaydası ilə bağlı suallar yaranır. Bəs K2 vitamini necə və nə vaxt qəbul edilməlidir? Acqarına içmək olarmı?

Bu barədə Operativ Media-ya terapevt- hepatoloq Sevinc Abasova danışıb.

O bildirib ki, K2 vitamini yağda həll olunan vitamin olduğu üçün onu acqarına deyil, yeməklə birlikdə və ya yeməkdən dərhal sonra qəbul etmək tövsiyə olunur:

“Xüsusilə tərkibində yağ olan qidalarla birlikdə qəbulu onun sorulmasına kömək edir.

Vitaminin səhər və ya axşam qəbul edilməsi arasında xüsusi fərq yoxdur. MK-7 formasında olan preparatlar adətən gündə bir dəfə qəbul edilir. Lakin doza və qəbul qaydası preparatın tərkibindən asılıdır.

K2 vitamini D3 ilə birlikdə qəbul edilə bilər. Ancaq varfarin kimi qan durulaşdırıcı dərmanlardan istifadə edənlər həkimlə məsləhətləşmədən K2 qəbul etməməlidirlər”.

Əlaqəli Xəbərlər