Menyu

Muxtar Babayev: “Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına verdiyi töhfəni yüksək qiymətləndiririk”

Muxtar Babayev:  “Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına verdiyi töhfəni yüksək qiymətləndiririk”

“Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə verdiyi töhfəni yüksək qiymətləndiririk”.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda Avropa Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, son vaxtlar Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin inkişafında yüksək dinamika müşahidə olunur: “Bu, təkcə regionda təhlükəsizliyin təmin edilməsi məsələlərinə deyil, həm də nəqliyyat, logistika və energetika sahələrində əlaqələrin inkişafına aiddir”.

M.Babayev bildirib ki, Azərbaycan qazının Aİ ölkələrinə ixracı əlaqələrdə mühüm rol oynayır: “Bu, aramızdakı münasibətlərin inkişafında yeni səhifə açdı. Aİ həm də Azərbaycanın əsas ticarət tərəfdaşıdır, ölkəmizdə Aİ-yə üzv dövlətlərin bir çox şirkətləri fəaliyyət göstərir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər