Menyu

Mixalko: “Aİ ərazilərin minalardan təmizlənməsində Azərbaycana yardımını davam etdirir”

Mixalko: “Aİ ərazilərin minalardan təmizlənməsində Azərbaycana yardımını davam etdirir”

“Avropa İttifaqı ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək etməkdə davam edir və bu sahədə ən böyük donordur”.

"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Bakıda Avropa Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) və Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində fəal əməkdaşlıq edir və yeni Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin bağlanması üzərində işi davam etdirir.

“Azərbaycanın bərpa olunan enerji sahəsində böyük potensialı var və Aİ ölkənin enerji sektorunun inkişafına davamlı dəstək verir”, - P.Mixalko bildirib.

O, həmçinin Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və davamlı sülhün təmin edilməsində Aİ-nin dəstəyini qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər