Moskvada Azərbaycan və Rusiya XİN başçıları arasında görüş başlayıb - YENİLƏNİB
Nərmin Qocamanlı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Nazirlər ikitərəfli və regional gündəliyə aid məsələləri, Azərbaycan və Ermənistan arasında sülh səylərinin perspektivlərini müzakirə ediblər.
***
12:13
Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş Rusiya XİN-nin Qəbullar Evində keçirilir.
Teqlər:
"Moskvada Azərbaycan və Rusiya XİN başçıları arasında görüş başlayıb - YENİLƏNİB"