Menyu

Fikrət Əliyev: "Moskva görüşündə müsbət məqamlar oldu"

Redaksiya
Fikrət Əliyev: "Moskva görüşündə müsbət məqamlar oldu"

Bu gün Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü keçirilib. 

YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 ünvanında yerləşən “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev “Operativ Media”ya görüşə dair şərh verib:

“Bildiyiniz kimi, görüşün mövzusu Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə dair fikir ayrılıqlarını aradan qaldırmağa çalışmaq, regional nəqliyyat kommunikasiyalarını açmaq və münasibətlərin normallaşması istiqamətində addımlar atmaqdır.

Burada ölkəmiz üçün mənfi heç bir şey baş vermədi. Əksinə müsbət məqamlar oldu. Rusiyanın xarici işlər nazirinin yekun açıqlamasında “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi, tərəflərin yekun razılığa yaxınlaşdığını bildirməyi və digər üst-üstə düşən mövqelərin çoxalmağı yaxşı xəbərdir.

ABŞ, Brüssel, Vaşinqton, Ankara və.s artıq bir neçə dəfə təkrarlanan görüşlər onu göstərir ki, Azərbaycan danışıqlarda öz mövqeyini axıra qədər qoruyub, saxlayıb. Onlar bizimlə hesablaşmalı olublar. Elə bir məqam olmayıb ki, ölkəmiz sülh müqaviləsi üzrə danışıqlarda geri addım atsın. Çünki Azərbaycan qarşı tərəfə beynəlxalq hüquqa əsaslanan təkliflər verib. Bu təkliflərdən kənara çıxmaq, beynəlxalq hüquqdan kənara çıxmaqdır. 

Düşünürəm ki, bundan sonrakı görüşü ya Bakı, ya da İrəvanda etmək olar. Bu artıq normallaşma ilə bağlı müzakirələrdə irəliyə atılmış daha bir addım olacaq. Tərəflər buna hazır olmalıdırlar. Ermənistan isə bu müddətdə qonaqpərvərliyi öyrənməlidir”-deyə Fikrət Əliyev vurğulayıb.
 

Teqlər:

"Fikrət Əliyev: \"Moskva görüşündə müsbət məqamlar oldu\""

Əlaqəli Xəbərlər