Menyu

Bayden: "Biz Azərbaycanla Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində bir yerdə olmuşuq"

Redaksiya
Bayden: "Biz Azərbaycanla Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində bir yerdə olmuşuq"

"Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq. Xüsusən, Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq. Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəkdir"

"Operativ Media" xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Co Bayden 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubunda bildirib.

Teqlər:

"Bayden: \"Biz Azərbaycanla Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində bir yerdə olmuşuq\""

Əlaqəli Xəbərlər