Gitanas Nauseda: Litva Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafının tərəfdarıdır
Redaksiya
Litva Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafının tərəfdarıdır.
"Operativ Media" xəbər verir ki, bu fikri Litva Prezidenti Gitanas Nauseda mayın 22-də Vilnüsdə mətbuata bəyanatında bildirib.
“Biz Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də strateji tərəfdaşlığımızın inkişafı üçün yeni imkanlar axtarmalıyıq. Biz Avropa İttifaqının Azərbaycan ilə enerji sahəsində əməkdaşlığı müsbət qiymətləndiririk. Bu əməkdaşlıq Avropa İttifaqının enerji bazarına müsbət təsir göstərmiş, həmçinin Avropa İttifaqının qış ayları üçün təchizatını təmin etmişdir”, - deyə Litva Prezidenti qeyd edib. (Azertac)
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma