https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Əlcəzair Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

22 May 2023 , 19:22
Əlcəzair Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Operativ Media" xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, əziz Qardaşım!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Əlcəzair xalqının, hökumətinin adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə daha çox inkişaf, firavanlıq və tərəqqi diləməkdən məmnunluq duyuram.

Ölkənizin tarixində bu əlamətdar hadisənin qeyd edilməsi, Qoşulmama Hərəkatının hazırkı sədri olaraq 2022-ci ilin noyabr ayında Əlcəzairin ev sahibliyi etdiyi Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında fəxri qonaq qismində dəyərli iştirakınız mənə dostluq və əməkdaşlıq münasibətlərimizin dinamizmindən dərin məmnunluğumu ifadə etmək imkanı verir.

Ölkələrimizin ümumi maraqları və qardaş xalqlarımızın istəklərinə xidmət edən əlaqələrimizi möhkəmləndirmək və inkişaf etdirmək məqsədilə Sizinlə əməkdaşlığımızı, həmçinin ümumi maraq kəsb edən məsələlər və dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirə biləcək beynəlxalq forumlarda məsləhətləşmələrimizi davam etdirməyə hazır olduğumu bir daha qeyd etmək istərdim.

Zati-aliləri cənab Prezident, əziz Qardaşım, bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlib

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlib

Milli Məclisin deputatları fransalı həmkarları ilə görüşüblər

Milli Məclisin deputatları fransalı həmkarları ilə görüşüblər

XƏBƏR LENTİ
  • 08:03

    Peruda ağcaqanadlarla mübarizə gücləndirilib
  • 07:45

    Ukrayna ordusu şərq cəbhəsində irəliləyir
  • 07:35

    Rumıniyada minlərlə həkim etiraz aksiyası keçirib
  • 07:14

    Cənubi Koreyada eskalatorun tərsinə hərəkət etməsi nəticəsində 14 nəfər yaralanıb
  • 07:11

    Türkiyədə mikroavtobus yandı, miqrantlar meşəyə qaçdı
  • 07:08

    Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub
  • 07:01

    İranda itlərə qayğı göstərən din xadimi mollaların təzyiqi ilə üzləşib
  • 06:50

    Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
    Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
Menyu