Menyu

İndoneziya və İran güzəştli ticarət sazişi imzalayıb

Nərmin Qocamanlı
İndoneziya və İran güzəştli ticarət sazişi imzalayıb

İndoneziya və İran liderləri iqtisadi əlaqələrin genişləndirilməsi üçün güzəştli ticarət sazişi imzalayıblar.

"Operativ Media" "Reuters"ə istinadən xəbər verir ki, saziş İbrahim Rəisinin İndoneziyaya rəsmi səfəri zamanı imzalanıb.

Qeyd edilib ki, İndoneziya ilə İran arasında ticarət dövriyyəsi 2019-cu ildə ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsindən sonra 715,5 milyon dollardan 141,6 milyon dollara düşüb.

İndoneziya Ticarət Nazirliyinin məlumatına görə, hazırda ölkələr arasında ikitərəfli ticarət təqribən 250 milyon dollar təşkil edir.

 

Teqlər:

"İndoneziya İran güzəştli ticarət sazişi imzalayıb"

Əlaqəli Xəbərlər