http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Rumen Radev İlham Əliyevə təbrik məktubu göndərib

23 May 2023 , 14:51
Rumen Radev İlham Əliyevə təbrik məktubu göndərib

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev İlham Əliyevə məktubu göndərib.

"Operativ Media" xəbər verir ki, məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Keçmiş Sovet İttifaqı dağılandan sonra ilk dəfə ölkənizin dünya bazar münasibətlərinə yolunu açan, demokratiyanı bərpa edən, eləcə də Azərbaycan xalqının davamlı inkişafının və firavanlığının əsaslarını qoyan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təbriklərimi qəbul edin. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi müasir müstəqil Azərbaycanın qurucusunun əməyinə dərin hörmət və ehtiramın ifadəsidir.

İcazə verin, bu əlamətdar fürsətdən istifadə edərək, Bolqarıstan Respublikasının Azərbaycan Respublikası ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilmiş mövcud mükəmməl ikitərəfli münasibətlərini yüksək qiymətləndirdiyimi bir daha təsdiqləyim və bunun gələcəkdə də fəal surətdə inkişafı üçün arzularımı ifadə edim.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı arzularımı, məsuliyyətli işinizdə uğurlar diləyimi və ən yüksək ehtiramımı qəbul edin.

Səmimiyyətlə,

Rumen Radev

Bolqarıstan Respublikasının Prezidenti

OXŞAR XƏBƏRLƏR
Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu