Menyu

Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin sayı azaldılıb

Nərmin Qocamanlı
Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin sayı azaldılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin sayı azaldılıb.

"Operativ Media"nın xəbərinə görə bu, Prezident İlham Əliyevin dəyişiklik etdiyi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda öz əksini tapıb.

Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının işçilərinin say həddi 110-dan 107 ştat vahidinə, regional bölmələrinin işçilərinin say həddi 260-dan 257 ştat vahidinə endirilib.

Qeyd edək ki, indiyədək Xidmətin Aparatının işçilərinin sayı Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə 110 ştat vahidi olub.

Dövlət başçısının bu gün imzaladığı fərmanla Dövlət Əmək Müfəttişliyi Xidmətinin mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi yaradılacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər