Menyu

Ermənistan-NATO əməkdaşlığı müzakirə edilib

Redaksiya
Ermənistan-NATO əməkdaşlığı müzakirə edilib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Pirisi qəbul edib.

"Operativ Media" xəbər verir ki, həmsöhbətlər Ermənistan-NATO əməkdaşlığı məsələlərinə toxunublar.

Onlar Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər.

Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında danışıqlar prosesində son müzakirələri, əsas məsələlər üzrə erməni tərəfinin baxışını təqdim edib. 

Qeyd edək ki, Xavier Kolominanın Azərbaycana da səfəri gözlənilir.

Teqlər:

"Ermənistan-NATO əməkdaşlığı müzakirə edilib"

Əlaqəli Xəbərlər