https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Tacikistan Prezidenti İlham Əliyevə məktub göndərib

23 May 2023 , 15:43
Tacikistan Prezidenti  İlham Əliyevə məktub göndərib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon İlham Əliyevə məktub göndərib.

"Operativ Media" xəbər verir ki, məktubda deyilir:

Hörmətli İlham Heydər oğlu!

Tacik xalqı adından və şəxsən öz adımdan Sizə və bütün dost Azərbaycan xalqına ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizin uzaqgörən və quruculuq siyasətiniz sayəsində Azərbaycan irəliləyiş və tərəqqi yolunda möhtəşəm nəticələr əldə edib, bununla da beynəlxalq arenada öz nüfuzunu yüksəldib.

Biz ikitərəfli münasibətlərin konstruktiv atmosferindən və əlbəttə ki, ölkələrimizin xalqlarımızın köklü maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələrinin dinamik inkişafından məmnunuq.

Sizin bu yaxınlarda Tacikistana dövlət səfəriniz zamanı görüşlərimizi səmimiyyətlə xatırlayıram. Əminəm ki, bu səfər çərçivəsində əldə olunan razılaşmaların praktik icrası uzunmüddətli perspektivə istiqamətlənmiş səmərəli Tacikistan-Azərbaycan əməkdaşlığına yeni impuls verəcək.

İnanıram ki, biz birgə səylərimizlə ikitərəfli tərəfdaşlığımızı xalqlarımızın və ölkələrimizin rifahı naminə yeni inkişaf üfüqünə çıxaracağıq.

Əziz İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram.

Hörmətlə,

Emoməli Rəhmon

Tacikistan Respublikasının Prezidenti

OXŞAR XƏBƏRLƏR
İtaliya Baş Naziri Rəcəb Tayyib Ərdoğanı təbrik edib

İtaliya Baş Naziri Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Ərdoğan Serbiya və Kosova liderləri ilə danışıb

Ərdoğan Serbiya və Kosova liderləri ilə danışıb

Maya Sandu: Azərbaycandan təbii qazın sərfəli qiymətə idxalına ümid edirik

Maya Sandu: Azərbaycandan təbii qazın sərfəli qiymətə idxalına ümid edirik

XƏBƏR LENTİ
  • 08:28

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:20

    "Sevilya" Avropa Liqasının qalibi oldu
  • 07:09

    Kiyevdə bombalanması 3 nəfərin həyatına son qoydu, 14 nəfər yaralandı
    Kiyevdə bombalanması 3 nəfərin həyatına son qoydu, 14 nəfər yaralandı
  • 07:06

    İtaliya Baş Naziri Rəcəb Tayyib Ərdoğanı təbrik edib
  • 07:04

    Türkiyədə atışma olub, 5 nəfər yaralanıb
    Türkiyədə atışma olub, 5 nəfər yaralanıb
  • 06:49

    Səudiyyə Ərəbistanında qum fırtınası həyatı iflic edib
  • 06:47

    Dünyanın ən hündür zirvəsi zibilliyə dönüb
  • 06:45

    ABŞ-da Amazon şirkətinin işçiləri ixtisarlara və ekologiyaya dəymiş ziyana görə etiraz edib
Menyu