İranın Fransadakı səfirliyinin qarşısında aksiya keçirilib
İranın Fransadakı səfirliyinin binası önündə İran rejiminə qarşı etiraz aksiyası keçirilib.
"Operativ Media" xəbər verir ki, aksiyaya müxtəlif təşkilatlardan çoxlu sayda insan haqqları fəalı qatılıb. Onlar Tehrandan dərhal repressiyalara son qoymağı, zindanlarda günahsiz yerə saxlanılanların azadlığa buraxılması və edamların dayandırılmasını tələb ediblər. Aksiyaçılar “Qadın, Həyat, Azadlıq” şüarları səsləndiriblər. Onlar Məhsa Əmini və digər qurbanların fotolarını nümayiş etdiriblər.
Teqlər:
"İranın Fransadakı səfirliyinin qarşısında aksiya keçirilib"