Lukaşenko: "Mənimlə hələ çox əziyyət çəkəcəksiniz”
Redaksiya
Belarus Prezidenti Aleksandr Lukaşenko internetdə onun xəstəliyi ilə bağlı fərziyyələri şərh edib.
"Operativ Media" xəbər verir ki, dövlət başçısı bu cür mülahizələrə son qoymağa çağırıb. “Əgər kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin. Bu, teleqram kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil”. Lukaşenko sadəcə olaraq Adenovirusa yoluxduğunu deyib. O əlavə edib ki, iş qrafiki çox olduğundan müalicəyə imkan tapmayıb. “Uşaqlar, mən öləsi deyiləm. Siz hələ çox uzun müddət mənimlə əziyyət çəkəcəksiniz”, – deyə Lukaşenko bildirib.
Xatırladaq ki, Lukaşenko mayın 9-da Moskvaya səfər etdikdən sonra bir neçə gün ictimaiyyət qarşısına çıxmayıb.
Teqlər:
"Lukaşenko: \"Mənimlə hələ çox əziyyət çəkəcəksiniz”"