https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 33 ° C

“Azərbaycan və Ermənistan bu günə qədər heç olmadığı qədər sülhə yaxındır”- Bəhruz Məhərrəmov

24 May 2023 , 15:36
“Azərbaycan və Ermənistan bu günə qədər heç olmadığı qədər sülhə yaxındır”- Bəhruz Məhərrəmov

Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün irəliləyişin olduğu ərəfədə erməni müxalifətinin etirazları sadəcə onların özünə ziyandır. Bu fikirləri Millət Vəkili Bəhruz Məhərrəmov “Operativ Media”ya açıqlamasında bildirib.

Bəhruz Məhərrəmovun sözlərinə görə, müharibə bitdikdən sonra qalib tərəf olmasına baxmayaraq ilk sülh addımını Azərbaycan atdı. Lakin Ermənistan tərəfi buna heç də isti münasibət bəsləməsə də bu gün reallıqla barışdığını əyani göstərir.

“Prezident İlham Əliyev elə geosiyası konfiqurasiyalar yaratdı ki, nəinki region dövlətləri , hətta böyük dövlətlər belə Azərbaycanın iradəsinin diqtəsi ilə razılaşmağa məcbur oldu. Nəticədə bir vaxtlar “Qarabağ Ermənistandır” deyən Paşinyan “Qarabağ Azərbaycandır” deməyə məcbur oldu.
Paşinyanın canlı yayımda Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanıdıqlarını bəyan etməsi isə Ermənistan müxalifəti üçün yeni imkan olub. Millət vəkilinin sözlərinə görə, müxalifət  nə qədər populist çıxışlarla erməni xalqını revanşizmə çağırsa da, reallıq dəyişməyəcək. Çünki Azərbaycan 90-ci illərin Azərbaycanı olsaydı bunu ciddiyə almaq olardı. Ermənistanın indi başqa yolu yoxdur. 2023 cü il Ermənsitan üçün son şansdır. Hər gecikən günə görə Ermənistan daha çox itirəcək.

OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev və Armen Qriqoryan sülh prosesindən danışıblar

Hikmət Hacıyev və Armen Qriqoryan sülh prosesindən danışıblar

Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb

Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb

İsrail Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

İsrail Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

XƏBƏR LENTİ
  • 18:34

    İsmayıllıda avtomobildə 2 tona yaxın at əti aşkarlanıb
  • 18:23

    Tacikistan prokurorluğunun nümayəndə heyəti ölkəmizdə səfərdədir
  • 18:10

    Azərbaycan “ Boston Consulting Group” ilə enerji təhlükəsizliyini müzakirə edib
  • 17:50

    Hikmət Hacıyev və Armen Qriqoryan sülh prosesindən danışıblar
  • 17:25

    Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb
    Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb
  • 17:07

    "Qalatasaray" Belçikadan hücumçu almaq istəyir
  • 17:01

    İsrail Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
  • 16:56

    Heydər Əliyev İsraillə isti münasibətlərə zəmin yaradan Ulu Öndər idi - İsxak Hersoq
    Heydər Əliyev İsraillə isti münasibətlərə zəmin yaradan Ulu Öndər idi - İsxak Hersoq
Menyu