Menyu

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Operativ Media" xəbər ki, məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ölkəniz sosial və iqtisadi sahələrdə böyük uğurlar əldə edib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində fəal rol oynayır.

Rusiya-Azərbaycan münasibətləri müttəfiqlik qarşılıqlı fəaliyyəti səviyyəsinə yüksəlib, müxtəlif istiqamətlərdə konstruktiv ikitərəfli əməkdaşlıq dinamik şəkildə inkişaf edir.

Əminəm ki, biz birgə səylərlə dost xalqlarımızın rifahı naminə tərəfdaşlıq əlaqələrinin bütöv kompleksinin gələcək inkişafını təmin edəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına xoşbəxtlik və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər