https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Ceyhun Bayramov Lui Bono ilə görüşüb

24 May 2023 , 17:05
Ceyhun Bayramov Lui Bono ilə görüşüb

24 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı, Azərbaycan-Ermənistan arasında sülh prosesi, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzrə danışıqların cari vəziyyəti, bu çərçivədə aparılmış son görüşlərin nəticələri və danışıqların perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov eyni zamanda, kommunikasiyaların açılması və delimitasiya prosesi barədə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb. 

Lui Bono ABŞ-ın sülh prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, bölgənin inkişafı üçün sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlib

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlib

Milli Məclisin deputatları fransalı həmkarları ilə görüşüblər

Milli Məclisin deputatları fransalı həmkarları ilə görüşüblər

XƏBƏR LENTİ
  • 08:59

    Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb
  • 08:32

    Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb
  • 08:03

    Peruda ağcaqanadlarla mübarizə gücləndirilib
  • 07:45

    Ukrayna ordusu şərq cəbhəsində irəliləyir
  • 07:35

    Rumıniyada minlərlə həkim etiraz aksiyası keçirib
  • 07:14

    Cənubi Koreyada eskalatorun tərsinə hərəkət etməsi nəticəsində 14 nəfər yaralanıb
  • 07:11

    Türkiyədə mikroavtobus yandı, miqrantlar meşəyə qaçdı
  • 07:08

    Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub
Menyu