Menyu

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri İlham Əliyevi təbrik edib

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri İlham Əliyevi təbrik edib

 

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri İlham Əliyevə məktub göndərib.

"Operativ Media" xəbər verir ki, məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu əlamətdar bayram münasibətilə Azərbaycan xalqına və dövlətinə daim tərəqqi, firavanlıq və rifah arzulayıram.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının hazırkı sədrliyinə xüsusi diqqət yetirərək, regionun iqtisadi təmərküzləşməsini və inteqrasiyasını təşviq etmək üçün ümumi inkişaf məqsədlərimizin yorulmadan həyata keçirilməsində Zati-alinizin davamlı dəstəyini səbirsizliklə gözləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Xusrav Noziri

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər