Menyu

Rusiya və Çin Baş nazirləri arasında görüş olub

Nərmin Qocamanlı
Rusiya və Çin Baş nazirləri arasında görüş olub

Rusiyanın Baş Naziri Mixail Mişustin Çinli həmkarı Li Çanq ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş  Mişustinin Çinə səfəri çərçivəsində baş tutub.

Görüş zamanı, iki ölkə arasında ticari və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyinə diqqət çəkən Mişustin ikitərəfli ticarət həcminin ötən il 190 milyard dolları keçdiyini, bu ilin birinci rübündə isə illik 25 faiz artaraq 52 milyard dollara çatdığını bildirib. 

Mişustin, ticarət həcminin bu ilin sonuna kimi iki ölkə liderləri tərəfindən qoyulan 200 milyard dollar hədəfinə çatacağına və onu keçəcəyinə inandığını bildirib.

 

Teqlər:

"Rusiya Çin Baş nazirləri arasında görüş olub"

Əlaqəli Xəbərlər