Menyu

Anklavlar məsələsi Bakı ilə Münhen və Brüsseldə müzakirə olunub, lakin hələ də həllini tapmayıb - Paşinyan

Anklavlar məsələsi Bakı ilə Münhen və Brüsseldə müzakirə olunub, lakin hələ də həllini tapmayıb - Paşinyan

Anklavların de-yure statusu təsdiqlənən kimi problemin həlli üçün bir neçə variant ortaya çıxacaq.

"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

Onun sözlərinə görə, anklavlar mövzusu siyasi müstəvidə çoxdan mövcuddur: “Münhen və Brüsseldə keçirilən görüşlərdə bu məsələ müzakirə olunub”.

Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycanın bir-birilərinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması üçün bir çox incəliklər və hüquqi aspektlər var."Məsələn, Artsvaşendən imtina etsək, belə çıxmayacaq ki, biz Ermənistanın suveren ərazisini verəcəyik? Fikrimcə, bu məsələdə çevik yanaşma üçün əhəmiyyətli imkan var", - baş nazir bildirib.

Teqlər:

"Anklavlar məsələsi Bakı ilə Münhen Brüsseldə müzakirə olunub lakin hələ həllini tapmayıb - Paşinyan"

Əlaqəli Xəbərlər