Menyu

Dövlət departamenti: “ABŞ Azərbaycan-Ermənistan danışıqlarını dəstəkləyir”

Redaksiya
Dövlət departamenti: “ABŞ Azərbaycan-Ermənistan danışıqlarını dəstəkləyir”

ABŞ keçirildiyi ölkədən asılı olmayaraq Azərbaycanla Ermənistan arasında danışıqları dəstəkləyir.

"Operativ Media" xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller Moskvada bu gün keçiriləcək üçtərəfli görüşə münasibət bildirərkən deyib. Miller bildirib ki, tərəflərin nizamlanma üzrə dialoqu davam etdirməsi üçün Vaşinqton birbaşa təmasları dəstəkləyir. Onun sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinken sülhün əldə edilə biləcəyini açıq şəkildə bildirib. "Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz bu məsələdə tərəfləri dəstəkləməyə, o cümlədən onlarla birbaşa əlaqə yaratmağa davam edəcəyik." – deyə Müller vurğulayıb.

Teqlər:

"Dövlət departamenti: “ABŞ Azərbaycan-Ermənistan danışıqlarını dəstəkləyir”"

Əlaqəli Xəbərlər