Prezident: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında ciddi imkanlar var
Nərmin Qocamanlı
Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir.
"Operativ Media" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən deyib.
İclasda qonaq qismində iştirak edən dövlətimizin başçısı çıxışında bildirib: “Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var”.
Dövlətimizin başçısı, həmçinin bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşünün keçiriləcəyini vurğulayıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma