Menyu

Prezident: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra sülh müqaviləsinin razılaşdırılması xeyli asanlaşacaq"

Prezident: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra sülh müqaviləsinin razılaşdırılması xeyli asanlaşacaq"

"Mən Rusiya tərəfinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında göstərdiyi səylərə görə təşəkkür etmək istərdim”.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.

Dövlət başçısı bildirib ki, bu səylər yüksək qiymətləndirilir.

Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra sülh müqaviləsinin bəndlərinin razılaşdırılması məsələsi xeyli asanlaşacaq:

“Hesab edirəm ki, Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması, eləcə də konkret rəqəmlər göstərilməklə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı son bəyanatlarından sonra sülh müqaviləsinin digər bəndlərinin razılaşdırılması çox asanlaşacaq”.

Dövlət başçısı Moskvada keçirilən üçtərəfli görüşün yekunlarına görə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişə ümid etdiyini bildirib.

"Ümid edirəm ki, bu gün biz iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələsində üçtərəfli formatda daha bir addım atacağıq”, - deyə Azərbaycan lideri qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər