Menyu

Vladimir Putin: Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir

Nərmin Qocamanlı
Vladimir Putin: Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir

Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir.

"Operativ Media" xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.

“İkitərəfli əsasda götürüldükdə ümumilikdə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir, həmçinin ardıcıl olaraq, bərabərhüquqlu prinsiplərlə, bir-birinin maraqlarını nəzərə almaqla və 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə uyğun şəkildə inkişaf edir. Biz hamımız buna çox şadıq”, - deyə Rusiya Prezidenti bildirib.

Teqlər:

"Vladimir Putin: Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir"

Əlaqəli Xəbərlər