Menyu

Sinan Oğan: “Zəngəzur dəhlizinə zərər vurmaq cəhdinin əleyhinəyəm”

Sinan Oğan: “Zəngəzur dəhlizinə zərər vurmaq cəhdinin əleyhinəyəm”

“Türkiyəndə sabitlik Azərbaycan, Qazaxıstan, Türk dünyası, Turan üçün vacibdir”.

"Operativ Media" xəbər verir ki, bunu “Ata İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan deyib. “Mən Zəngəzur dəhlizinə zərər vurmaq cəhdinin əleyhinəyəm. Qarabağda uğur qazanılıb, amma unutmaq olmaz ki, o uğuru boğmaq istəyən struktur var”, - deyə Sinan Oğan bildirib. O qeyd edib ki, HDP ilə bir araya gəlmək təbiətinə ziddir: “Bizi tənqid edirlər. Mən bir türk millətçisi olaraq HDP-nin tərəfini tutsam, özümü inkar etsəydim nə edərdim?. HDP-nin “Kılıçdaroğlunu dəstəkləyirik” dediyi yerdə türk millətçisi olmayacaq. Mustafa Kamal Atatürkün masasında oturacaq prezidentin kürəyində heç vaxt HDP və ya PKK-nın kölgəsi olmayacaq, buna imkan verməyəcəyik”, - deyə Sinan Oğan qeyd edib. O, həmçinin bildirib ki, Kılıçdaroğlunun qarşısına ikinci şansın çıxmasına səbəb məhz özüdür (Sinan Oğan özü).

Teqlər:

"Sinan Oğan: “Zəngəzur dəhlizinə zərər vurmaq cəhdinin əleyhinəyəm”"

Əlaqəli Xəbərlər