Politoloq: “Ermənistan tərəfinin qeyri konstruktiv addımları Moskva görüşünün uğuruna təsir edə bilmədi
Moskvada Prezident İlham Əliyevin ,Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü Azərbaycan üçün olduqca məhsuldar baş tutdu.
Bunu “Operativ Media”ya açıqlamasında politoloq Züriyyə Qarayevə bildirib. Politoloqun sözlərinə görə, görüşdən əvvəl əslində mümkün ssenari bəlli idi. Çünki Ermənistan üçün başqa seçim qalmamışdı. Amerikada, Brüsseldə keçirilən görüşdən sonra Moskvaya ümid bağlamaq mənasızlıq olardı. Bunu Paşinyanın dərk etməsi görüş boyunca onun simasından və hərəkətlərindən də açıq aşkar narahat olmasını göstərirdi.
Ekspert onu da bildirdi ki, Moskva görüşü Ermənistanın real vəziyyətini bir daha göstərdi. “Bu görüşlə nəinki Paşinyan, Ermənistan xalqı da anladı ki, üçüncü tərəflərədən dəstək gözləmək mənasızdır. Komunikasiyaların açılmasında Rusiyanın da maraqlarının olması Zəngəzur dəhlizinin daha tezləşdirilməsinin labud edir” –deyə politoloq vurğuluyub.
Züriyyə Qarayevanın sözlərinə görə xüsusilə Azərbaycan Prezidentinin üçtərəfli bəyanatın imzalanmasında iştirak edən əsas tərəflərin qarşısında belə bir iddialı çıxışına diqqət çəkilməlidir. Bu Nikol Paşinyana verilən növbəti diplomatiya dərsi idi. Prezidentin açıqlamasından belə bir nəticəyə gəlinir ki, bu dəhliz nəinki Naxçıvanı birləşdirən əsas yoldur, eyni zamanda region əhatə edəcək logistika həllidir.
Teqlər:
"Politoloq: “Ermənistan tərəfinin qeyri konstruktiv addımları Moskva görüşünün uğuruna təsir edə bilmədi"