https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Si Cinpin: Çinlə Azərbaycan arasında bütün sahələrdə dinamik inkişaf tempi müşahidə olunur

26 May 2023 , 12:53
Si Cinpin: Çinlə Azərbaycan arasında bütün sahələrdə dinamik inkişaf tempi müşahidə olunur

Ötən ilin sentyabrında Səmərqənd şəhərində bizim görüşümüz əsnasında əldə olunmuş razılaşmaların səmərəli həyata keçirilməsini və ölkələrimiz arasında bütün sahələrdə dinamik inkişaf tempinin müşahidə olunmasını görmək məni sevindirir.

"Operativ Media" xəbər verir ki, bu fikirlər Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda yer alıb.

Dövlətimizin başçısına və dost Azərbaycan xalqına Müstəqillik Günü münasibətilə səmimi təbriklərini və xoş arzularını çatdırmaqdan şərəf duyduğunu ifadə edən Si Cinpin əlavə edib: “Siz Çin-Azərbaycan münasibətlərinin strateji dəyərini dəfələrlə vurğulamısınız, ölkələrimiz arasında qarşılılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə dair niyyətinizi fəal şəkildə ifadə etmisiniz. Mən bunu yüksək qiymətləndirirəm. İkitərəfli dostluq münasibətlərinin və əməkdaşlığın inkişafının sağlam və sabit məcraya istiqamətləndirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram”.

Çin Xalq Respublikasının Sədri, həmçinin Azərbaycan Prezidentinə cansağlığı, işlərində uğurlar, dost Azərbaycana tərəqqi, güc, qüdrət, xalqımıza isə xoşbəxtlik və firavanlıq arzulayıb.

OXŞAR XƏBƏRLƏR
İtaliya Baş Naziri Rəcəb Tayyib Ərdoğanı təbrik edib

İtaliya Baş Naziri Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Ərdoğan Serbiya və Kosova liderləri ilə danışıb

Ərdoğan Serbiya və Kosova liderləri ilə danışıb

Maya Sandu: Azərbaycandan təbii qazın sərfəli qiymətə idxalına ümid edirik

Maya Sandu: Azərbaycandan təbii qazın sərfəli qiymətə idxalına ümid edirik

XƏBƏR LENTİ
  • 08:28

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:20

    "Sevilya" Avropa Liqasının qalibi oldu
  • 07:09

    Kiyevdə bombalanması 3 nəfərin həyatına son qoydu, 14 nəfər yaralandı
    Kiyevdə bombalanması 3 nəfərin həyatına son qoydu, 14 nəfər yaralandı
  • 07:06

    İtaliya Baş Naziri Rəcəb Tayyib Ərdoğanı təbrik edib
  • 07:04

    Türkiyədə atışma olub, 5 nəfər yaralanıb
    Türkiyədə atışma olub, 5 nəfər yaralanıb
  • 06:49

    Səudiyyə Ərəbistanında qum fırtınası həyatı iflic edib
  • 06:47

    Dünyanın ən hündür zirvəsi zibilliyə dönüb
  • 06:45

    ABŞ-da Amazon şirkətinin işçiləri ixtisarlara və ekologiyaya dəymiş ziyana görə etiraz edib
Menyu