https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 33 ° C

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini Müstəqillik Günü münasibətilə təbrik edib

26 May 2023 , 14:17
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə təbrik məktubu göndərib.

"Operativ Media" xəbər verir ki, məktubda deyilir:

Hörmətli cənab Baş nazir,

Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

105 il bundan əvvəl təxminən eyni vaxtda müstəqilliklərini elan etmiş Azərbaycan ilə Gürcüstan arasında əlaqələr tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən güc alır. Belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin bu gün dinamik və hərtərəfli inkişaf edərək hazırkı yüksək səviyyəyə çatması bizi sevindirir.

Gürcüstan bizim üçün vacib tərəfdaş, müttəfiq və dost ölkədir. Biz qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin bütün sahələrdə möhkəmlənməsinə və daha da dərinləşməsinə xüsusi əhəmiyyət veririk.

Əminəm ki, müvəffəqiyyətlə həyata keçirdiyimiz irimiqyaslı enerji, nəqliyyat layihələri, gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə, regionumuzun təhlükəsizliyinə və tərəqqisinə mühüm töhfə verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev və Armen Qriqoryan sülh prosesindən danışıblar

Hikmət Hacıyev və Armen Qriqoryan sülh prosesindən danışıblar

Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb

Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb

İsrail Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

İsrail Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

XƏBƏR LENTİ
  • 18:39

    MN: Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
    MN: Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
  • 18:34

    İsmayıllıda avtomobildə 2 tona yaxın at əti aşkarlanıb
  • 18:23

    Tacikistan prokurorluğunun nümayəndə heyəti ölkəmizdə səfərdədir
  • 18:10

    Azərbaycan “ Boston Consulting Group” ilə enerji təhlükəsizliyini müzakirə edib
  • 17:50

    Hikmət Hacıyev və Armen Qriqoryan sülh prosesindən danışıblar
  • 17:25

    Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb
    Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb
  • 17:07

    "Qalatasaray" Belçikadan hücumçu almaq istəyir
  • 17:01

    İsrail Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Menyu