https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 35 ° C

Zəngəzur dəhlizi də sülh müqaviləsinə əlavə ediləcək - ŞƏRH

26 May 2023 , 14:36
Zəngəzur dəhlizi də sülh müqaviləsinə əlavə ediləcək - ŞƏRH

Qarabağ düyünü – bu söz birləşməsini məncə xatırlmayan yoxdur. O qədər çətin, o qədər müxtəlif istiqamətlərə dolaşıq məsələ idi, Qarabağ münaqişəsi. Həlli üçün düyünü aça biləcək dəmir iradə lazım idi. bu dəmir iradə Güclənməliydi və gücləndirməliydi bütün əlində olan vasitələri. Dəmir iradə dəmir yumruq olacaqdı. Qarabağ düyünü iradə və yumruğun birləşərək gördüyü iş nəticəsində açılacaqdı.

Əslində Qarabağ münaqişəsinin mütləq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağı dəfələrlə bildirilirdi, əmin edilirdi ki, bunun başqa variantı, yolu yoxdur. İndi biz Qarabağ düyünü məsələsindən elə bir vəziyyətə gəlmişik ki, artıq sülh müqaviləsindən danışırıq. Həmin müqavilə ilə bağlı hətta konkret tarix səsləndirlir. 
Xronoloji ardıcıllığa baxın: 
•    Qarabağ Azərbaycandır! – belə də oldu.
•    Ermənilərin status məsələsi cəhənəmə getdi – hətta isti qucağına getdi
•    Laçın dəhlizi təkcə yalnız Azərbaycanın qanunları ilə faliyyət göstəriləcək 
•    İndi orada Azərbaycanın nəzarət postu var.
İndi də Zəngəzur dəhlizi reallaşmalıdır və bu da sülh müqaviləsinə əlavə ediləcək. Bütün bu məsələri ardıcıllıqla analiz edəndə yuxarıda dediyim dəmir iradə və düyünü açmaq üçün uzaqgörənlik mütləqdir. Azərbaycanın mütləq qələbəsi döyüş və siyasi meydanlarda həyata keçirilir. Sonuncu Moskva görüşündə də Azərbaycan, Ermənistan və Rusiya liderləri görüşəndə yenə Azərbaycan söz sahibi idi. Necə ki, əvvəlki bu tip görüşlərdə olmuşdu, indi də belədir. Ardıcıl, məqsədyönlü və gələcəyə hesablanmış siyasətə dəmir iradə qatanda qarşısındakılar əzilir.

Samir Cabbarov
 

OXŞAR XƏBƏRLƏR
Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb

Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb

İsrail Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

İsrail Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Heydər Əliyev İsraillə isti münasibətlərə zəmin yaradan Ulu Öndər idi - İsxak Hersoq

Heydər Əliyev İsraillə isti münasibətlərə zəmin yaradan Ulu Öndər idi - İsxak Hersoq

XƏBƏR LENTİ
  • 17:25

    Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb
    Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb
  • 17:07

    "Qalatasaray" Belçikadan hücumçu almaq istəyir
  • 17:01

    İsrail Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
  • 16:56

    Heydər Əliyev İsraillə isti münasibətlərə zəmin yaradan Ulu Öndər idi - İsxak Hersoq
    Heydər Əliyev İsraillə isti münasibətlərə zəmin yaradan Ulu Öndər idi - İsxak Hersoq
  • 16:54

    Lənkəranda avtomobil yeniyetməni vurub
  • 16:46

    "Millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin nümunəsidir" – İsxak Hersoq
  • 16:46

    Ümummilli Liderin 100 illik yubileyi münasibətilə idman yarışları keçirilib
  • 16:45

    “Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm”
Menyu