Milli Məclisdə antibiotiklərin reseptlə verilməsi məsələsi təklif olunub.
"Operativ Media" nın məlumatına görə, bu barədə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsində deputat Kamilə Əliyeva bildirib.
O qeyd edib ki, ölkədə antibiotiklər reseptsiz buraxılır.
“Onların reklamı mətbuatda gedir, bu da ciddi problemlərə səbəb olur. Ona görə də antibiotiklər reseptlə verilməlidir. Bu barədə dünya ölkələrində də təcrübələr var”, - deyə o əlavə edib.