İsrail Livanla sərhəddə hərbi təlimlərə başlayıb

Əsəd Abbaslı
İsrail Livanla sərhəddə hərbi təlimlərə başlayıb

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanla sərhəd boyunca beş gün davam edəcək hərbi təlimlərə start verib.

Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlər zamanı ərazinin müdafiəsi və yaranan təhdidlərə dərhal cavab verilməsi üzrə məşqlər keçirilir.

Ordu yaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərini partlayış səslərinin eşidilə biləcəyi barədə xəbərdar edib.

Qeyd edilir ki, təlimlərdə İsrail Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri, pilotsuz uçuş aparatları və Hərbi Dəniz Qüvvələrinin bölmələri iştirak edir.

Digər xəbərlər