Fransada bir gəncin polis gülləsinə tuş gəlməsi ilə başlayan etirazlar 5-ci gündə də davam edir.
"Operativ Media" xəbər verir ki, sosial mediada əks olunan görüntülərdə başda Paris olmaqla ölkənin bir çox şəhərində küçələrdə xaosun davam etdiyi görünür.
Etirazların şiddətləndiyi şəhərlərə zirehli texnika və xüsusi təyinatlılar yerləşdirilib.
Bundan əlavə, hüquq-mühafizə orqanları Parisin turistik küçəsi Yelisey meydanını boşaltsa da, etirazçılar bir çox nöqtədən küçəyə girməyə çalışırlar.
“Nael üçün ədalət” şüarları səsləndirən nümayişçilərə polis müdaxilə etməyə başlayıb.
Şəkil Qalereyası




