http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Rahil Sayadoğlu yazır: Meyxana Rəşadsız qalsa da olar…

09 Noyabr 2022 , 20:41
Rahil Sayadoğlu yazır: Meyxana Rəşadsız qalsa da olar…

Azərbaycanda ən son hansısa sənətçinin kimisə məqsədli şəkildə qətlə yetirdiyini xatırlamağa çalışıram. Yadıma heç bir hadisə düşmür. Yalnız biri istisna. İllər öncə məşhur meyxana ustası Məşədibaba Elçin adlı həmkarını söyüş üstündə bıçaqlamışdı. Məşədi istedadlı bir gəncin sözünü və ömrünü bıçaqla kəsmişdi. Bəlkə də özünə görə haqlı səbəbləri vardı. Hər bir qəzəb daxilən əsaslandırılmış olur. Amma bu faciəli nəticəni dəyişmir. İndi Rəşad Dağlının qətl törətməsi mənə o hadisəni xatırlatdı. Yenə bir meyxana ustası və yenə söyüş üstündə bıçaq zərbəsi. 

Əlindəki daşı atmaq əvəzinə ilk dəfə söyüş söyən adamı sivilizasiyanın banisi hesab etmək olar. Səhv etmirəmsə Freydin sözləridir. Əlbəyaxa dava edən iki ibtidai insandan biri nəhayət fiziki zərbədən imtina edərək qarşı tərəfi söyür. Zərbəni sözlə endirir. Fiziki gücü sözün gücü ilə əvəz edir. Nə qədər dahiyanə tapıntı olub. Sözün qıt olduğu zamanlarda dildə olan bir sözdən söyüş düzəltmək ünsiyyətdə yeni cığır açmaqdır. Hətta mən onu demirəm ki, son illərdə elm adamları söyüşün rahatladıcı təsirləri barədə ciddi fikirlər dilə gətirir. Ukraynanın keçmiş Səhiyyə naziri Ulyana Suprun hesab edir ki, müəyyən hallarda söyüşdən istifadə etmək söyən adamın sağlamlığına müsbət təsir göstərə bilər. Jurnalist Yevgeni Muciri isə ofislərdə, restoranlarda və digər ictimai yerlərdə söyüş otaqlarının yaradılmasını təklif etmişdi. Bəzi psixoloqların fikrincə, söyüş söyməklə şiddətə müraciət etmədən hirsi soyutmaq mümkündür. Bir növ insan tətbiq etmək istədiyi fiziki şiddəti nisbətən daha zərərsiz bir kanala yönləndirir və neqativ hisslər sözlə - söyüşlə bədəndən xaric edilir. 

Sənətşünas Aydın Talıbzadə isə deyir ki, söyüş söz-qumbaradır və dil onu batindən götürüb bayıra tullayır. 

Təəssüf ki, bu “qumbara”nın qəlpələri insanları yaralayır, hətta öldürür. Əslində ilk dəfə fiziki zorakılığı daha yumşaq şiddətlə əvəz etmək üçün yaradılan bu verbal zərbə - söyüş bu gün əksinə işləyir, hətta ölümə aparır. 

Öz-özümə fikirləşirəm ki, görəsən heçmi alternativ variantı yox idi Rəşadın? Bəlkə möhkəm döyərdi, söyərdi, hirsini boşaldıb sakitləşərdi. Amma qətlə əl atıb bir insanın canına, özünün də karyerasına qəsd etməzdi. Yox, mənim Rəşada ağıl öyrətmək fikrim yoxdur. Rəşad kifayət qədər təcrübəli, püxtələşmiş bir söz adamıdır. Elə Məşədibaba da sözün ustası və ustadı idi. Mən sadəcə söz ustadlarının sözünü bitirən bu çirkin fenomenin - söyüşün gücündən dəhşətə gəlirəm. Və ya başqa cür desəm, Rəşadı söz aləmində heç kim bağlaya bilməzdi, söyüş “bağladı”. Əlini-qolunu bağlayıb ömründən illər alacaq. 

Bir neçə il əvvəl Azərbaycanfilm kinostudiyasının binasında idim. Mərtəbələrdən birində divara yazılmış sözlər diqqətimi çəkmişdi: 10 dəqiqəlik səbrsizliyə görə 10 il zindanda qalmağa dəyməz. Həmin cümlənin fotosunu çəkdim. Tanrının qarşıma çıxardığı əyani dərs vəsaiti kimi həm özümün, həm də telefonumun yaddaşında saxladım. 

Kaş Rəşadın 10-ca dəqiqəlik səbri qəzəbinə üstün gələydi. Mən bir sənətkarın sənəti kar və kor qoyaraq getməsinə, üstəlik bir cinayət törədərək getməsinə səmimi qəlbdən təəssüf edirəm. Amma heç şübhəsiz meyxana Rəşadsız qalsa da olar, ortada iki azyaşlının atasız qalması daha dəhşətlidir. 

Bu yazının oxucularına isə mesajım belədir: Gəlin sözü gücə verməyək, gücü sözə verək.

Rahil Sayadoğlu - Operativ Media

OXŞAR XƏBƏRLƏR
Samir Sərifov: Rəqəmsal texnologiyalardan zərərli məqsədlərlə istifadə beynəlxalq sülhə və sabitliyə ciddi təhdid yaradır

Samir Sərifov: Rəqəmsal texnologiyalardan zərərli məqsədlərlə istifadə beynəlxalq sülhə və sabitliyə ciddi təhdid yaradır

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

XƏBƏR LENTİ
  • 12:59

    Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb
  • 12:38

    Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib
  • 12:36

    Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
  • 12:28

    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
  • 12:16

    DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • 12:11

    İlqar Musayev: “Son iki ayda COP29 ilə bağlı saxta xəbərlər yayan 15 resurs bağlanıb"
  • 12:07

    Avropa Çempionatı Moldovada keçiriləcək
  • 12:00

    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Menyu