Anton Krivotsyuk oynadı, komandası məğlub oldu
Operativ Media
Cənubi Koreya çempionatında 13-cü turun oyunları davam edir.
Operativ Media xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" öz meydanında "Pohanq"ı qəbul edib
Matç meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Krivotsyuk bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi meydana start heyətində çıxıb və qarşılaşmanı əvəzolunmadan keçirib.
Qeyd edək ki, hazırda aktivində 16 xal olan "Daejeon" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net