Yeni dəmiryol dayanacaqları hansı ərazilərdə olacaq? - VİDEO
“Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakıətrafı ərazilərdə dəmiryol şəbəkəsinin genişləndirilməsi məqsədilə mühüm layihələrin icrası planlaşdırılır.
ADY-dən Operativ Media-ya verilən məlumata görə, bu proqram çərçivəsində Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala və Zabrat–Maştağa–Bağlar xətlərinin bərpası, eləcə də bu istiqamətlər üzrə mövcud stansiyaların yenidən qurulması və yeni dayanacaqların inşası nəzərdə tutulur.
Eyni zamanda, Bakı−Xırdalan−Sumqayıt xətti üzrə Baş Keşlə, Güzdək və Binəqədi stansiyalarının istifadəyə verilməsi, Bakı–Pirşağı–Sumqayıt xətti üzrə isə Kürdəxanı, Fatmayı və Saray dayanacaqlarının tikilməsi, həmçinin N.Nərimanov stansiyasında qatarların dayanmasının təmin edilməsi hədəflənir.
Həyata keçirilən bu tədbirlər nəticəsində növbəti illərdə dayanacaqların sayı 22-yə, 2030-cu ilədək isə ümumilikdə 40-a çatdırılacaqdır.