Menyu

Ötən gün yol qəzalarında 5 nəfər ölüb

Nərmin Qocamanlı
Ötən gün yol qəzalarında 5 nəfər ölüb

Avqustun  18-də ölkə ərazisində qeydə alınan  54, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Teqlər:

"\u00d6t\u0259n g\u00fcn yol q\u0259zalar\u0131nda 5 n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər